İrəvandan İstanbula yeni reyslər açılır 

22:41 08.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Hava Yolları şirkəti İrəvan-İstanbul-İrəvan reyslərinə başlayır.

 

Hafta.az xəbər verir ki, ilk reys iyunun 30-da baş tutacaq.

 

Biletlərin satışı artıq başlayıb. Uçuşlar həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.

 

Məlumata görə, müəyyən edilmiş prosedurlara uyğun olaraq Ermənistan Hava Yollarının uçuşuna icazə verilib.